Yaponiyada koronavirusdan zərər çəkən şirkətlər vergidən azad ediləcək

2020.03.31 14:14 (UTC+04:00)

Yaponiya hökuməti koronavirus epidemiyasına görə ziyana düşmüş şirkətləri vergilərdən və sığorta haqlarından azad etməyi planlaşdırır. Tədbirlər bir sıra yığımları, o cümlədən korporativ vergini, satışdan vergini və mənfəət vergisini əhatə edir. Pensiya və tibbi sığorta müqavilələrinə aid sığorta mükafatları da yeni sistemin əhatə dairəsinə düşəcək. Güzəşt almaq üçün müəssisələrin özləri pandemiya ilə bağlı çətin vəziyyətə düşdükləri barədə hər hansı sənəd təqdim etməyəcəklər. Hökumət şirkətlərin bu ilin yanvar və fevral ayları ilə müqayisədə gəlirlərinin nə qədər azaldığını nəzərə alacaq.

Yeni vergi güzəştləri ilə bağlı qanun layihəsi ən yaxın vaxtlarda – sənədin ayrı-ayrı detalları hakim partiya ilə razılaşdırıldıqdan sonra təsdiq üçün parlamentə təqdim ediləcək.