İki ayda 82 milyon manatlıq tikinti materialları istehsal olunub

2020.03.31 18:15 (UTC+04:00)

Yanvar-fevral aylarında 82 milyon manatlıq tikinti materialları istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iki ayda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,9 faiz azalaraq 82 milyon manat olub.

Tikinti gipsinin istehsalı 2,3 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 13,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 10,7 faiz, tikinti kərpicinin istehsalı 2,2 faiz artıb.

Asfalt istehsalı 5,5 faiz, tikinti əhənginin istehsalı 14 faiz, sement istehsalı 19,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 62 faiz azalıb.