Fevralda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

2020.03.31 17:30 (UTC+04:00)

Fevralda Azərbaycana idxal olunan avtomobillərin sayı 5641, dəyəri isə 61 milyon 900 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 28-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5157-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 449-u yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 7-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.