Mərkəzi Bank: Bugünkü hərracda tələb tam təmin olunub

2020.03.31 12:59 (UTC+04:00)

Martın 31-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 95,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.