Əhalinin banklardakı əmanətləri artıb

2020.03.31 12:53 (UTC+04:00)

Martın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 8 milyard 694,4 milyon manat təşkil edib.

Mərkəzi Bankın verdiyi məlumatda bildirilir ki, əhalinin əmanətlərinin həcmi aylıq müqayisədə 105,9 milyon manat, ilin əvvəlinə görə isə 56,5 milyon manat artıb.