ABŞ-da vergilərin ödəniş müddəti uzadılıb

2020.03.30 18:24 (UTC+04:00)

ABŞ-da koronavirusun yayılmasına görə vergilərin ödənilməsi müdəti 90 gün geriyə çəkilib. Maliyyə naziri Stiven Mnuçin bildirib ki, fiziki şəxslər 1 milyon dollara, iri korporasiyalar isə 10 milyon dollara qədər vergi öhdəliklərini gec yerinə yetirə bilərlər.

Nazir amerikalıları öz vergi bəyannamələrini əvvəlki kimi aprelin ortalarında təqdim etməyə çağıraraq əməliyyatların internet vasitəsilə həyata keçirilməsini tövsiyə edib.