Cari ildə Azərbaycanda 5 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2020.03.30 15:30 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycanda ticarət əməliyyatları 5 milyard 36,4 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 1 milyard 787 milyon dolları idxalın, 3 milyard 249,3 milyon dolları isə ixracın payına düşüb.