Rusiyada tranzit yurisdiksiyalara daşınan gəlirlər üçün vergilər artırılacaq

2020.03.30 13:22 (UTC+04:00)

Maliyyə Nazirliyindən bildirilib ki, ofşor hesablara köçürülən gəlirlər üçün vergilərin artırılması Kipr və tranzit adlandırılan digər yurisdiksiyalara şamil olunacaq.

Adətən, şirkətlər bu yurisdiksiyalarda ikiqat vergitutmaya yol verməmək barədə müqavilələrdə müəyyənləşdirilmiş aşağı dərəcələrin tətbiqi məqsədilə təsis edilir.

Prezident Putin ölkə vətəndaşlarına müraciətində bildirib ki, Rusiyadan ofşor yurisdiksiyalara faiz və dividend şəklində köçürülən bütün gəlirlər 15 faizlik adekvat vergiyə cəlb edilməlidir. "Hazırda bu cür vəsaitlərin üçdəikisi, əslində, bunlar konkret fiziki şəxslərin gəlirləridir, optimallaşdırma adlandırılan müxtəlif sxemlərin sayəsində cəmi 2 faiz vergi ödəyirlər, halbuki azgəlirli vətəndaşların gəlir vergisinin dərəcəsi 13 faizdir. Bu, əlbəttə, yumşaq deyilsə, ədalətsizlikdir", - Prezident vurğulayıb.

Verginin artırılması Avropa istiqrazlarını və ümumiyyətlə, Rusiya şirkətlərinin istiqrazlarını, eləcə də xarici bankların təqdim etdikləri istiqrazları əhatə etməyəcək.

Maliyyə Nazirliyinin məlumatına görə, bu dəyişiklik 2021-ci ildən qüvvəyə minəcək və 2020-ci ilin gəlirlərinə tətbiq edilməyəcək.