Mərkəzi Bank: Bugünkü hərracda tələb tam təmin olunub

2020.03.29 19:21 (UTC+04:00)

Martın 29-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda tələb 106,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.