OECD böhranın dərinləşəcəyi barədə xəbərdarlıq edib

2020.03.29 18:35 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünyanın koronavirus epidemiyasının iqtisadi təsirlərini aradan qaldırılmasının illərlə davam edəcəyi barədə xəbərdarlıq edib.

OECD Baş katibi Xose Anxel Qurria BBC-yə verdiyi açıqlamada koronavirusun yayılmasının yaratdığı iqtisadi şokun artıq 2008-ci ildə yaşanılmış maliyyə böhranından daha ciddi bir hala gəldiyini bildirərək dünyanın ən böyük iqtisadiyyata malik ölkələrinin qarşıdakı aylarda resessiyaya girə biləcəyini vurğulayıb.

Qurria ölkələrin işləri tez bir zamanda qaydasına qoyacağının bir xəyal olduğunu, koronavirus epidemiyasının iqtisadi artımı yarıya endirib 1.5 faizə sala biləcəyini və hətta bu proqnozun belə "çox nikbin" göründüyünü bildirib.

OECD Baş katibi bu proses nəticəsində nə qədər insanın işsiz qalacağının və ortaya çıxacaq işsizlik probleminin necə həll ediləcəyinin qeyri-müəyyən olduğunu deyib.

Hökumətlərin borclanma qaydalarını yaddan çıxarıb, böhrandan çıxmaq üçün əllərindəki bütün imkanlardan istifadə etməsinin zəruri olduğunu bildirən Qurria böyük büdcə kəsirlərinin hazırda borclu ölkələrin boynunda illər boyu daşıyacaqları bir yükə çevrildiyini qeyd edib.

Dünyanın iqtisadi baxımdan ən böyük 20 ölkəsindən ibarət G20 qrupunun "iqtisadi fəaliyyətdə sürətli enişdən sonra sürətli yüksəliş olacağı" mövqeyinə qarşı çıxan Qurria bu vəziyyətdən çıxmağın uzunmüddətli bir proses olacağı qənaətindədir.

OECD-nin böhranla mübarizə üçün təklifləri isə bunlardan ibarətdir: