İki ayda ölkədə 480 minik avtomobili istehsal edilib

2020.03.29 17:40 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında ölkədə 480 minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində iki ayda 98,3 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,5 dəfə artıb.