Prezident Rəcəb Tayyib Ərdoğan yeni koronavirus (COVİD-19) epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində elan etdiyi hava yolu nəqliyyatında əlavə dəyər vergisinə (ƏDV) güzəşt tətbiq olunması ilə bağlı hökumətin qərarını açıqlayıb. Qərara əsasən, hava yolu şirkətlərinin zərərlərinin qarşılanması məqsədilə ƏDV dərəcəsi 18 faizdən 1 faizə endirilib. Bu qərar 2020-ci il aprel ayının 1-dən qüvvəyə minəcək.