"İqtisadi zona" verilişinin 27 yanvar 2019-cu il tarixli buraxılışı Video

2019.01.30 13:44 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" verilişinin növbəti buraxılışında həftənin iqtisadi mənzərəsi, Vergilər Nazirliyində sahibkarlarla keçirilmiş görüş, Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında tərəfdaşlıq memorandumunun imzalanması, dünyada neftə tələbatın neftin qiymətinə təsiri, Yasamal yaşayış kompleksində yerləşən sosial mənzillərin satışa çıxarılması, karbamit zavodunun açılmasının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti barədə süjetlərlə tanış ola bilərsiniz.

Proqramın qonağı - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Davos Dünya İqtisadi Forumunun illik toplantısı barədə fikirlərini bölüşür.