Yanvar-fevral aylarında ölkəyə 1200 tondan çox süd idxal olunub

2020.03.29 12:16 (UTC+04:00)

Bu ilin ilk iki ayında ölkəyə 1238 ton süd idxal edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, idxal edilən südün dəyəri 1,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin yanvar-fevral aylarında ölkəyə 1,7 milyon dollarlıq 1325 ton süd idxal edilib.