Ölkəyə ət idxalı azalıb

2020.03.29 11:39 (UTC+04:00)

Yanvar-fevral aylarında ölkəyə 8 min tonadək ət idxal edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal edilən ətin dəyəri isə 14,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 12,7 milyon dollarlıq 9 min ton ət idxal edilib.