Qazaxıstanda ticarət mərkəzləri və kinoteatrlar əmlak vergisindən azad edilib

2020.03.27 17:20 (UTC+04:00)

Qazaxıstanda ticarət mərkəzlərini, kinoteatrları, sərgi və idman obyektlərini hüquqi şəxslərin əmlak vergisindən azad etmək planlaşdırılır. Milli iqtisadiyyat naziri Ruslan Dalenov hökumətin iclasında bildirib ki, vergi güzəşti bir il qüvvədə olacaq. Bundan əlavə, penyaların köçürülməsinin bir rüb dayandırılması, vergi hesabatlarının isə üçüncü rübə keçirilməsi nəzərdə tutulur. Nazir qeyd edib ki, "Sadə şeylərin iqtisadiyyatı" proqramı çərçivəsində sahibkarların milli valyuta ilə kredit almaq imkanları artırılacaq. Proqram üzrə kreditləşmənin məbləği isə 400 milyard tengedən (1 milyard 562 milyon manat) artırılıb 1 trilyon tengeyə (3,91 milyard manat) çatdırılacaq.

Prezident Kasım-Jomart Tokayev hökumətə turizm biznesinin dəstəklənməsi üçün kompleks tədbirlər proqramı hazırlamağı tapşırıb.