Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb

2020.03.27 11:20 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, iki ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 78,1 faiz təşkil edib.