Əhalinin nominal gəlirləri 8,9 faiz artıb

2020.03.25 17:48 (UTC+04:00)

Yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8 milyard 301,5 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb.

Dövlət Statistika bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 475,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsait qalıb.