Mərkəzi Bankın məlumatına görə, fevral ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 8 milyard 588,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 51,1 faizi xarici, 48,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 38,7 faiz artıb, xarici valyutada əmanətlər isə 13,1 faiz azalıb.
Fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,85 (1,87) manata, 100 rus rubluna 2,66 (2,70) manata bərabər olub.