Çin iqtisadiyyatı normallaşır, risklər isə hələ də yüksəkdir

2020.03.25 18:07 (UTC+04:00)

Koronavirusun yayılmasının təsiri ilə yaranmış hərtərəfli şokdan sonra Çinin iqtisadiyyatında bir sıra normallaşma əlamətləri özünü göstərir, buna baxmayaraq risklər də ciddi şəkildə qalmaqdadır. Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri koronavirus pandemiyasının təsirlərindən bəhs edən bloqda qeyd ediblər ki, Çinin iri firmalarının əksəriyyəti fəaliyyətini bərpa edib, yerli sakinlərdən çoxu iş yerlərinə qayıdıb. Bütün müsbət hallarla yanaşı, BVF ekspertləri mövcud vəziyyətə ehtiyatla yanaşırlar, onların fikrincə, ölkədaxili və beynəlxalq səfərlərin bərpa olunması ilə xəstələnən insanların sayı yenidən arta bilər. Başqa ölkələrdə virusun yayılması və maliyyə bazarlarındakı tərəddüdlər iqtisadi həyatın bərpa olunduğu şəraitdə istehlakçıları və firmaları Çin mallarından çəkinməyə məcbur edə bilər.