Ölkədə əmtəəlik elektrik enerjisi istehsalı 4,2 milyard kilovat/saat olub

2020.03.23 16:25 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyard 355,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 4 milyard 225,5 milyon kilovat/saat elektrik enerjisi alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin həcmin 4 milyard 79,4 milyon kilovat/saatı istilik, 124,4 milyon kilovat/saatı su, 4,7 milyon kilovat/saatı günəş, 17 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.