Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 2 milyard kubmetr təbii qaz göndərilib

2020.03.23 15:21 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 6 milyard 63,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 15,1 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iki ayda qaz nəqlinin 33,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 2 milyard 32,9 milyon kubmetr təbii qaz ixrac edilib.