“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib

2020.03.19 21:27 (UTC+04:00)

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109; 2017, № 11, maddə 1973; 2018, № 11, maddə 2232, № 12 (I kitab), maddə 2520; 2019, № 2, maddə 202, № 6, maddə 1006) 2.1-ci maddəsinin birinci cümləsinə birinci halda “tərəfindən” sözündən sonra “özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2020-ci il.