Çində ehtiyat tələblər və xarici şirkətlərdən tutulan vergilər aşağı salınıb

2020.03.19 19:03 (UTC+04:00)

Çinin Mərkəzi Bankı bankların ehtiyat tələblərinin dərəcələrini bu il ikinci dəfə aşağı salaraq koronavirusa görə sarsılmış iqtisadiyyatı canlandırmaq üçün maliyyə sisteminə 550 milyard yuan (78,7 milyard dollar) likvidlik təmin etməyi qərara alıb.

Virusun yayılması ilə əlaqədar olaraq valyuta siyasətini yumşaldan Çin Mərkəzi Bankı borc faizlərini də aşağı salaraq banklara tapşırıq verib ki, koronavirus epidemiyasının təsirinə ən çox məruz qalan şirkətlərə ucuz kredit və ödəniş yardımları etsinlər.

Bunlardan əlavə, Çində epidemiyanın təsirinə məruz qalan xarici şirlətlərin də mənfəət vergiləri 15 faiz aşağı salınıb. KİV-də yayılan məlumatlara əsasən, şirkətlərin istehsal zamanı istifadə etdikləri bəzi ləvazimatların idxalı üçün tutulan vergilərin ləğv edilməsi kimi başqa dəstək hazırlıqları da görülür.