Kommersiya bankları bayram günlərində fəaliyyət göstərməyəcək

2020.03.19 15:59 (UTC+04:00)

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində ölkədə insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bununla bağlı bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) kommersiya bankları fəaliyyət göstərməyəcək. Lakin ixrac və idxalın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslər hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişlərilə bağlı əməliyyatlar üzrə elektron əsasda xidmətləri davam etdirəcək.