Sənədə görə, pərakəndə satış, ticarət mərkəzləri, kino və teatr, mehmanxana, ərzaq, tekstil və tədbirlərin təşkili sektorları üçün müxtəsər və əlavə dəyər vergisi (ƏDV) ödənişləri, eləcə də sosial sığorta ödənişləri aprel, may və iyun ayları üçün 6 ay təxirə salınacaq.
Turizm vergisi noyabr ayına qədər tətbiq olunmayacaq.
Daxili aviasiya nəqliyyatı üçün ƏDV dərəcəsi üç ay müddətinə 18 faizdən 1 faizə endiriləcək.
COVİD-19 epidemiyası ilə əlaqədar tədbirlərin təsirlərinə məruz qalaraq nağd pul axımı pozulan şirkətlərin banklara olan kredit borclarının əsas hissəsinin və faiz ödəmələrinin müddəti ən azı 3 ay təxirə salınacaq və zəruri olduğu hallarda şirkətlərə əlavə maliyyə dəstəyi göstəriləcək.
Virusun yayılmasına qarşı görülən tədbirlərin təsiri ilə aprel, may və iyun aylarında borclarını ödəyə bilməyən firmaların kredit qeydinə "məcburi səbəb" yazılması təmin ediləcək.
Qısamüddətli iş ödənişi tətbiq olunacaq, bundan faydalanmaq üçün zəruri olan proseslər asanlaşdırılacaq və sürətləndiriləcək. Bununla da fəaliyyətinə fasilə verilmiş iş yerlərindəki işçilərə müvəqqəti gəlir əldə etmək üçün dəstək göstəriləcək, işəgötürənlərin xərcləri azaldılmış olacaq.
"İqtisadi sabitlik qalxanı" proqramına görə ən aşağı təqaüd 1500 lirə (392 manat) olacaq.