Yanvar-fevral aylarında ölkədən 38 min tondan çox plastmass və onlardan hazırlanan məmulatlar ixrac edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac olunan məhsulların dəyəri 29,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni aylarında 30,1 milyon dollar dəyərində 33,6 min ton plastmass və onlardan hazırlanan məmulatlar ixrac edilib.