Ötən ay dəniz nəqliyyatı ilə 85 milyon dollarlıq yük daşınıb

2020.03.18 17:13 (UTC+04:00)

Fevralda dəniz nəqliyyatı ilə ümumilikdə 77 min 258 ton yük daşınıb ki, bu yüklərin dəyəri 84,8 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəniz nəqliyyatı ilə ixrac olunan 25,2 min ton yükün dəyəri 11,7 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 52 min ton, dəyəri isə 73 milyon dollar təşkil edib.