Azərbaycan alüminium ixracını 25 faizdən çox artırıb

2020.03.18 16:29 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 15.521,93 min ABŞ dolları dəyərində 8.234,21 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin iki ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,2 faiz, həcmi isə 25,5 faiz artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 128.049,07 min dollar dəyərində (14,1% artım) 64.674,21 ton (30,8% artım) alüminium və ondan hazırlanan məmulatları ixrac edib.