Bu ilin yanvar-fevral aylarında ölkədən 5 min tondan çox şəkər tozu ixrac edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən şəkər tozunun dəyəri 2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni aylarında 2,2 milyon dollarlıq 4,8 min ton şəkər tozu ixrac edilib.