Cari ilin yanvar-fevral aylarında dəmir yolu nəqliyyatı ilə 878 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 379,6 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iki ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 291,3 min ton yükün dəyəri 81,5 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 586,7 min ton, dəyəri isə 298,1 milyon dollar olub.