İki ayda 20 min tona yaxın polietilen ixrac edilib

2020.03.18 13:02 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycandan 19 min 177 ton polietilen ixrac olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, iki ay ərzində ixrac olunan polietilenin dəyəri 13 milyon 414 min ABŞ dollar təşkil edib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.