Pambıq lifi və ipliyinin ixracı artıb

2020.03.18 14:10 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycandan 21,7 min ton pambıq lifi və 2,7 min ton pambıq ipliyi ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən pambıq lifinin dəyəri 30,3 milyon, pambıq ipliyinin dəyəri isə 6,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 25,9 milyon dollarlıq 17,8 min ton pambıq lifi, 3,6 milyon dollarlıq 1529 ton pambıq ipliyi ixrac edilib.