Azərbaycan yeyinti məhsullarının idxalını azaldıb

2020.03.18 14:38 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 216.594,4 min ABŞ dollarına bərabər olub. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, cari ilin ilk iki ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 11,8 faiz azdır. Ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 12,1 faiz təşkil edib.

Hesabat dövründə ölkəyə 14.147,1 min dollar dəyərində 7.886,8 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi 12,4 faiz artsa da, həcm göstəricisi üzrə isə 13,7 faiz azalıb.

2020-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 1.842,4 min dollar (8% artım) dəyərində 1.238,1 ton (6,6% azalma) süd idxal olunub. Ölkəyə həmçinin 10.802,6 min dollar dəyərində 2.182,8 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə 2019-cu ilin eyni dövrü ilə müqayisədə həcm olaraq 21,4 faiz, dəyərində isə 17,2 faiz artım müşahidə olunub.