Çində son 30 ilin ən aşağı iqtisadi göstəriciləri qeydə alınıb

2020.03.17 18:29 (UTC+04:00)

Bu ilin ilk iki ayında Çin Xalq Respublikasında sənaye istehsalı son 30 ilin göstəriciləri ilə müqayisədə ən aşağı səviyyədə olub. "Reuters" agentliyinin məlumatında göstərilir ki, statistikaya əsasən, yanvar-fevaral aylarında sənaye istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz aşağı düşüb. Dekabr ayında – Çində koronavirusa yoluxanların aşkar edilmədiyi dövrdə bu göstəricidə 6,9 faiz artım olmuşdu. Ölkə üzrə statistik rəqəmlərdəki azalmanın səviyyəsi gözlənilənlərdən çox olub. Ən böyük problemlər isə ticarət (20,5 faiz azalma) və əsas kapitala sərmayə qoyuluşu (24,5 faiz) sahələrində olub.