Latviya Respublikasının Ədliyyə Nazirliyinin təmsilçisi dövlət katibləri ilə görüş zamanı kadastr dəyəri 100 min avrodan artıq olmayan tək mənzil üçün daşınmaz əmlak vergisinin ləğv edilməsi barədə təşəbbüs irəli sürüb. Mətbuatın yazdığına görə, nazirlik verginin 2022-ci ildən ləğv olunmasını təklif edib. Tək mənzilin kadastr dəyəri 100 min avrodan artıq olduqda isə artıq hissə 0,2 faiz dərəcəsi ilə vergiyə cəlb olunacaq. Bildirilib ki, eyni yanaşma torpaq vergisinə də aid edilə bilər. Lakin orada vergidən azad edilən hədd 10 min avro nəzərdə tutulub.
Qeyd edək ki, tək mənzillərin əmlak vergisindən azad edilməsi ilə bağlı ictimaiyyətin də təşəbbüsü olmuş, imzatoplama kampaniyasında 40.518 sakin iştirak etmişdi.