2020-ci ilin yanvar-fevral ayları ərzində ümumi daxili məhsul 2,8 faiz artıb olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin deportament rəhbəri Nicat Hacızadə bildirib ki, bu artımın aparıcı qüvvəsi qeyri-neft sektorudur: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda 6,7 faiz artım qeydə alınıb. Qeyri-neft sənaye istehsalı sahəsində artım 21,7 faizdir. Bundan başqa, infilyasiya aşağı səviyyədə qalır (2,8 faiz) və əhalinin gəlirlərinin artımı (9 faiz) infilyasiya göstəricisindən kifayət qədər yüksəkdir. Bu isə o deməkdir ki, əhalinin əldə etdiyi gəlirlərdə artım müşahidə olunur.
İqtisadi artımda investisiyaların özünəməxsus payı var və artıq bu proses qeyri-neft sektorunun hesabına baş verir. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu il sənaye istehsalında həm investisiya baxımından, həm də məhsul buraxılışı nöqteyi-nəzərindən 20 faizdən çox artımın olması aparılan iqtisadi islahatların və investisiya siyasətinin nəticəsidir. Azərbaycanın xarici ticarət balansında ötən il müsbət profisit yaranıb. Ümumi daxili məhsulun artımında xalis ixracatın əhəmiyyəti ayrıca qeyd edilməlidir.
Hazırda dünya bazarında neftə olan tələb azaldığı halda, təklif artır. Bu da öz növbəsində qiymətlərin düşməsinə təsir göstərir. Azərbaycanın ümumi daxili məhsulunda, o cümlədən ixracatında neft-qaz sektorunun böyük payı var. Təbii ki, neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına da müəyyən təsirlər göstərir. Amma ötən illərdə müəyyənləşdirilmiş strateji planlar, o cümlədən iqtisadi artımın qeyri-neft sektoru hesabına təmin edilməsi hazırda yarana biləcək hər hansı mənfi tendensiyanın kompensasiya edilməsinə imkan verir".
Səbuhi TURAN