Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv edilib.
Buna görə də bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər 1 yanvar 2020-ci il tarixdən vergi öhdəliklərini ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirirlər.