"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Avstriyanın "Rail Cargo Group" şirkəti arasında Avropa-Asiya və əks istiqamətdə yük daşımaların artırılması barəsində anlaşma memorandumu imzalanıb. Bakı Limanından verilən məlumata görə, memorandumu Bakı Limanının Baş direktoru Taleh Ziyadov və "Rail Cargo Group" İdarə Heyətinin üzvü Tomas Kargl imzalayıblar.
Məlumata əsasən, sənəd Bakıda keçirilən "Xəzər dənizində Yaşıl Limanların və Bağlantıların Təşviqi" Hökumətlərarası İşçi Qrupunun iclası zamanı imzalanıb.