"Fitch Ratings" "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini təsdiqləyib

2020.03.13 16:06 (UTC+04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini təsdiqləyib. AZƏRTAC "Fitch Ratings" istinadla xəbər verir ki, agentlik "Cənub Qaz Dəhlizi" QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini "BB+" səviyyəsində təsdiq edib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.