Bu gün valyuta hərracında banklara 265,2 milyon ABŞ dolları satılıb

2020.03.13 14:03 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, bugünkü hərracda bankların tələbi ötəngünki hərracla müqayisədə 44,4 milyon ABŞ dolları və yaxud 20,1 faiz artaraq 265,2 milyon ABŞ dolları təşkil edib.

Hərracda manatın ortaçəkili məzənnəsi yenə də 1,7000 AZN/USD səviyyəsində formalaşıb.