Tezliklə elektrik enerjisini oğurlayan insanlara süni intellekt nəzarət etməyə başlayacaq. Müvafiq alqoritm Lüksemburq Universitetinin ekspertləri tərəfindən hazırlanaraq Braziliyada uğurla sınaqdan keçirilib. Alimlər aylıq sayğac göstəricilərinin məlumatlarını toplayaraq onların əsasında süni intellektə malik işlək alqoritm hazırlayıblar. Lüksemburq tədqiqatçılar qrupu bu alqoritmi beş il ərzində Braziliyadakı 3,6 milyon evdə testdən keçirib. Məlum olub ki, süni intellekt bütün potensial fırıldaqçılıq hallarını və ya sayğacların sıradan çıxması və elektrik şəbəkələrində pozuntularla əlaqədar səhv ölçmələri aşkarlaya bilir.
London Universitetinin Energetika İnstitutunun mütəxəssisi Pol Ruysveltin sözlərinə görə, süni intellektin hətta 10 faiz elektrik enerjisi oğurlayan insanları dəqiqliklə müəyyənləşdirməsi xüsusilə maraq doğurur. Bununla yanaşı, alqoritmdən həmişə istifadə etmək mümkün olmur. Məsələn, yanaşı binalar üçün müxtəlif səviyyəli elektrik enerjisindən istifadə daha məqsədəuyğundur.