Cari ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 34,1 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 4,1 faiz çoxdur.