Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 10 faiz artıb

2020.03.12 15:14 (UTC+04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 148,1 mln. manat təşkil edib. Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib. Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizədək artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,8 faizini təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin ilk iki ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 371,7 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 71,6 faizi əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 21,1 faiz artıb. Bu sahədə əldə olunan gəlirin 78,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.