Rusiyada qeydiyyata alınmış özüməşğulların sayı yarım milyonu keçib

2020.03.12 13:36 (UTC+04:00)

Rusiya Federasiyasının Federal Vergi Xidmətinin rəsmi açıqlamasına əsasən, mart ayının əvvəlinə ölkədə özüməşğul kimi qeydiyyata alınmış vətəndaşların sayı yarım milyondan çox olub.

Hazırda Rusiyada özüməşğullar üçün vergi rejimi ölkənin 23 regionunda qüvvədədir. Bu vətəndaşların əldə etdikləri gəlirin ümüumi məbləği isə 60 milyard rubladan (1,42 milyard manat) artıqdır.

Özüməşğulların "Mənim vergim" proqram təminatı vasitəsilə vurduqları çeklərin sayı 58 milyonu keçib. Hər bir çek üçünsə orta gəlir artaraq min rubla (23,6 manat) çatıb.
Moskva şəhər meriyasının məlumatında bildirilib ki, şəhərin özüməşğul sakinləri arasında fotoqrafiya, təmizlik və əl işləri daha geniş yayılıb.

Son vaxtlar Moskva şəhərində özüməşğul sakinlərin sayı hər ay 15-20 min artır ki, bu da nəzərdə tutulduğundan iki dəfə artıqdır. Keçən ilin sonunda Moskvada 192 min özüməşğul vətəndaş vergi qeydiyyatına alınmışdı.