Martın 12-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib. AMB-dan bildirilib ki, qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib. Hərracda tələb 220,8 milyon ABŞ dolları təşkil edib ki, bu da qrafik üzrə martın 10-da keçirilmiş valyuta hərracında formalaşmış tələbdən 102,4 milyon ABŞ dolları və ya 32 faiz az olub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.