İki ay ərzində Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə 3 milyon manatdan çox kredit verib

2020.03.11 17:25 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə 3 milyon manatdan çox kredit verib. Bu barədə qurumun sədri Mirzə Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda AKİA-ya kənd təsərrüfatı texnikasının əldə olunması ilə bağlı müraciətlər üstünlük təşkil edir: "Bu il fermerlərin güzəştli qaydada əldə edəcəyi kənd təsərrüfatı texnikalarının sayında 30 faiz artım gözlənilir".

Xatırladaq ki, 2019-cu ildə AKİA kredit portfelini 112 milyon manata çatdırıb. Bu isə 2018-ci ilin yekunu ilə müqayisədə təxminən 50 faiz çoxdur.