Elman Rüstəmov: "Strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük"

2020.03.11 14:25 (UTC+04:00)

Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük. Bu sözləri jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının manatın məzənnəsinə təsiri ilə bağlı açıqlamasında deyib: "Ölkənin kifayət qədər valyuta ehtiyatı var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Mərkəzi Bankın öz ehtiyatları, Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil".