Bu il dəmir yolu ilə konteyner daşımalarında 50 faiz artım nəzərdə tutulur. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteryner" MMC-nin Biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, ötən il 2018-ci illə müqayisədə konteynerlə yük daşımaların həcmi 43 faiz artıb. 2019-cu ildə dəmir yolu ilə 45 min konteyner daşınıb. Bu isə 2018-ci ilə nisbətən 56 faiz artım deməkdir. Cari il üçün də 50 faiz, yəni 75-80 min konteyner artım proqnozlaşdırırıq.