Beynəlxalq reytinq agentliyi neftdə tələb-təklif balansının qəfil dəyişməsi ilə bağlı hesabat yayıb

2020.03.11 12:23 (UTC+04:00)

Aşağı neft qiymətləri 2020-ci il üzrə neft və qaz şirkətləri üçün maliyyə risklərini artırır. Bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyi məlumat yayıb. Bildirilir ki, neftdə tələb-təklif balansının qəfil dəyişməsi qlobal neft sənayesindəki struktur dəyişikliyini əks etdirmir və neft şirkətlərinin uzunmüddətli bazalarında dəyişiklik gözlənilmir. Neft-qaz şirkətləri cari ildə likvidlik səviyyələrini idarə edə biləcək, lakin şirkətlərin kapital xərclərini azaltmaları gözlənilir.

"Moody's"ə görə, neft qiymətlərindəki artan dəyişkənlik neft-qaz şirkətlərinin kəşfiyyat və istehsal sərmayələrinə, eləcə də 6 və ya 12 ay arasındakı yenidən maliyyələşdirmə ehtiyaclarına birbaşa təsir göstərəcək.